Valyuta məzənnəsi
Xəbər lentİ

Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət etdilər

10:28, 07.05.18
azerbaycan, siyaset
Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

Xeberpress.az xəbər verir ki, onlar Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

F. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycanı dünyaya tanıdıb, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada yer alıb.

O, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu da qeyd edib: "Bu yolu bu gün prezident İlham Əliyev də uğurla davam etdirir".

Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət etdilər
Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla