Valyuta məzənnəsi
Xəbər lentİ

"İstəyirəm tarixə düşüm"- Röya konsert verdi

09:19, 07.05.18
azerbaycan, maqazin
"İstəyirəm tarixə düşüm"- Röya konsert verdi

Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert verib.

Xeberpress.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni konserti bu gün dünyasını dəyişən xalq artisti Fuad Poladova həsr etdiyini bildirib.

Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. Sevilən mahnılarını canlı səsləndirən sənətçi tamaşaçılarla söhbət də edib.

Konsertdən sonra media nümayəndələri ilə görüşən Röya sualları cavablandırıb və təəssüratlarını bölüşüb:

"Bu məkanda ilk dəfədir konsert verirəm. Heç ağlımda tutmamışdım burada konsert verəcəm. Dekabrda tamam başqa konsert olacaq. Bundan əvvəlki konsertimdə media ilə anlaşılmazlıq oldu. Mən də tərs adamam. Bu dəfə media ilə də görüşdük. Bir çox şeylərə aydınlıq gətirib, qalmaqallara son qoyacam. Mən bu cür adam deyiləm. Mayın 15-də mətbuat konfransı edəcəm, sualları cavablandıracam. Hər zaman konsertdən əvvəl qalmaqal olur. İstəyirəm bu konsert tarixə düşsün. Şoular silinir, ifa qalır. Ona görə də bu dəfə ancaq ifaya yer verdim. Hər zaman şou göstərdim. Bu şou isə pul aparır. Mən isə hər dəfə daha bahalı etməliyəm".

Röya konsertində səhnəyə yalnız bir geyimlə çıxıb. Sənətçi saç düzümündə də dəyişiklik edib. O, saçlarını daha qısa kəsdirib.

"İstəyirəm tarixə düşüm"- Röya konsert verdi
"İstəyirəm tarixə düşüm"- Röya konsert verdi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla