Valyuta məzənnəsi
Xəbər lentİ

ABŞ-ın Nebraska ştatında mayın 28-i “Azərbaycan Milli Günü” elan olunub - FOTO

09:09, 07.05.18
azerbaycan, siyaset
ABŞ-ın Nebraska ştatında mayın 28-i “Azərbaycan Milli Günü” elan olunub - FOTO

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bəyannamədə bildirilir ki, 2018-ci il mayın 28-i Nebraska ştatında rəsmi olaraq “Azərbaycan Milli Günü” elan olunub və ştat sakinləri bu əlamətdar günü qeyd etməyə çağırılıb.

Sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Həmçinin bəyannamədə bu il mayın 28-dı ABŞ-da və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılmasına töhfələrinin xatırlanacağı bildirilir.

Bəyannamə, eyni zamanda, Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.

ABŞ-ın Nebraska ştatında mayın 28-i “Azərbaycan Milli Günü” elan olunub - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla