Valyuta məzənnəsi
Xəbər lentİ

WhatsApp və İnstgramda çoxdan gözlənilən funksiya işə salınıb

08:54, 03.05.18
azerbaycan, texnologiya
WhatsApp və İnstgramda çoxdan gözlənilən funksiya işə salınıb

“Facebook”un yaradıcısı Mark Zukerberq İnstaqram sosial şəbəkəsi və “WhatsApp” messencerində qrup video zənglərinin işə salındığını elan edib.

Xeberpress.az İKT.lent.az-a istinadən xəbər verir ki, artıq sınaq qrupuna daxil edilmiş İnstaqram istifadəçilərinin bir hissəsi video zənglər həyata keçirə bilir. Digər istifadəçilər üçün bu funksiyanın bir neçə həftə ərzində istifadə edə biləcəyi mümkün olacaq.

İlkin məlumata görə, qrup video zənglərində 4 nəfərə qədər adam iştirak edə bilər. Zukerberqin sözlərinə görə, istifadəçilər “WhatsApp”da şəxsi zənglər üçün 2 milyarda yaxın dəqiqə sərf ediblər. Elə bu səbəbdən qrup video zəngləri funksiyasının həyata keçirilməsi qərarı qəbul edilib.

Bundan başqa, İnstaqramda “GoPro” inteqrasiyasını yaradılıb. Onun vasitəsilə sadəcə olaraq tətbiqdə çarxı seçərək redaktə edib İnstaqramın Hekayə hissəsində bölüşmək mümkün olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla