Valyuta məzənnəsi
Xəbər lentİ

Milli Məclisin növbəti plenar iclası bu gün keçiriləcək

08:18, 01.05.18
azerbaycan, siyaset
Milli Məclisin növbəti plenar iclası bu gün keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla