Valyuta məzənnəsi
Xəbər lentİ

"Azərbaycan Uşaqları Birliyi"nin sədrinin məhkəməsi başlayıb

17:38, 30.04.18
azerbaycan, hadise
"Azərbaycan Uşaqları Birliyi"nin sədrinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, "Azərbaycan Uşaqları Birliyi"nin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmaq istədiyini bildirib və məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 7-dək təxirə salınıb.

K. Ağazadə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyətlərindən sui-istifadə) və 178.3.2 - ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla