Valyuta məzənnəsi
Xəbər lentİ

Sabahdan Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır

10:39, 30.04.18
azerbaycan, cemiyyet
Sabahdan Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır

Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumatda qeyd olunur ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan, yəni mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahkı tarixdən sərnişinlərə xidmət göstərəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla