Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Flora-Röya davasına Nigar və İradədən REAKSİYA

14:29, 25.04.18
azerbaycan, maqazin
Flora-Röya davasına Nigar və İradədən REAKSİYA

Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında baş verən qalmaqal səngimək bilmir.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, bir neçə gündür tərəflər bir-birinin ünvanına təhqirlər səsləndirir.

F.Kərimova Röya ilə bağlı İnstaqram səhifəsində paylaşımlar edib. Onun yayımladığını görüntülərə şou-biznes nümayəndələri də biganə qalmayıb. Belə ki, müğənnilər İradə İbrahimova və Nigar Camal Kərimovanın Röya haqqında yazdığı təhqirləri bəyənib. Hər iki sənətçi F.Kərimovaya dəstək olduqlarını göstəriblər.

Bir müddət əvvəl Röya ilə qalmaqal yaşayan Nigar və İradənin bu addımı diqqət çəkib. Sosial şəbəkələrdə sənətçilərin paylaşımdakı bəyənməsi yayımlanaraq müzakirə edilib. İ.İbrahimova daha sonra paylaşımlardan ikisində bəyənməni geri çəksə də, birində qalıb.
Qeyd edək ki, Nigarla Röya arasında qalmaqal “Altın kelebek” zamanı başlamışdı. İ.İbrahimova isə “ATV maqazin onlarla”da “Röyanı Türkiyədə tanıyan yoxdur” sözlərini demiş və qarşı tərəfin qəzəbinə səbəb olmuşdu.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla