Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarını ehtiramla ziyarət edib

12:15, 25.04.18
azerbaycan, siyaset
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarını ehtiramla ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla