Valyuta məzənnəsi
Xəbər lentİ

Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrini kollektivə təqdim edib

15:45, 24.04.18
azerbaycan, siyaset
Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrini kollektivə təqdim edib

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib.

Xeberpress.az xəbər verir ki, komitənin mətbuat xidmətindən verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, prezident İlham Əliyev Fuad Muradovla görüşərək ona konkret tapşırıqlarını verib.

O, deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.

Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.

O, F. Muradovun rəhbərliyi ilə indiyədək yol verilmiş nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad Muradov Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla