Valyuta məzənnəsi

Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib

12:36, 24.04.18
azerbaycan, cemiyyet
Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib

Binəqədi rayon icra hakimiyyətinin və “Dünyagöz” Bakı Xəstəxanası Mobil klinikasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib.

Xeberpress.az xəbər verir ki, Rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, 19 aprel 2018-ci il tarixindən etibarən Binəqədi rayonu 9-cu mikrorayon ərazisində ödənişsiz göz müayinəsi səyyar xidməti təşkil olunub. Tibbi müayinənin məqsədi bəzən əlamətsiz keçən göz xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması, mövcud görmə çətinliklərinin araşdırılması, əhalinin görmə qabiliyyətinin qorunması və aztəminatlı ailələrə dəstək göstərilməsidir. Eyni zamanda, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinə həyata keçirilməsini təşkil etməkdir.

Aksiyanın Binəqədi rayonunun digər qəsəbə və mikrorayonlarında da keçirilməsi nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla