Valyuta məzənnəsi
Xəbər lentİ

Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın hesabatı dinlənilib

15:23, 20.04.18
azerbaycan, cemiyyet
Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın hesabatı dinlənilib

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə hesabatı dinlənilib.

Xeberpress.az-ın APA-ya istinadən xəbərinə görə, hesabat barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.

Komitə sədri, MM-in sədr müavini Bahar Muradova hesabatı qənaətbəxş hesab edib. Daha sonra deputatlar Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli çıxış edərək müxtəlif təkliflərini səsləndiriblər.

Sonda hesabat Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla