Valyuta məzənnəsi

Türkiyənin şərq bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzatmağı düşünürük - Səfir

12:11, 17.04.18
azerbaycan, iqtisadiyyat
Türkiyənin şərq bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzatmağı düşünürük - Səfir

Türkiyənin şərq bölgələrinə olan turizm marşrutu Naxçıvana qədər uzadıla bilər.

Xeberpress.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Türkiyənin şərq bölgələrinə, əsasən də Qars, İğdır kimi şəhərlərinə turistlərin axını ötən ildən artmağa başlayıb. Məqsədimiz Naxçıvan ilə əlaqəli şəkildə bu turizm marşrutunu Naxçıvana qədər uzatmaqdır.

“Naxçıvan ilə Türkiyə arasındakı turizm əlaqələrini daha da inkişaf etdirməklə Türkiyədən Naxçıvana gələn turistlərin sayını artırmaq niyyətindəyik. Naxçıvanın tarixi, təbiətinin gözəlliyi, duz mağaralarının mövcudluğunu nəzərə alaraq turistlər üçün böyük maraq kəsb edən bir yer olduğunu söyləmək olar”,- deyə səfir bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla