Valyuta məzənnəsi
Xəbər lentİ

Ən iddialı serial ilk seriyadan rekord qırdı

10:54, 21.09.16
azerbaycan, maqazin
Ən iddialı serial ilk seriyadan rekord qırdı

İlin ən iddialı seriallarından olan "İçerde" bazar günü Show TV-də ilk seriyası yayımlandıqdan sonra həftənin ən çox danışılan layihəsinə çevrilib.

Xeberpress.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk seriyası ilə reytinqlərdə "Kırgın çiçekler"dən sonra ikinci pilləyə oturan ekran işi sosial mediada da rekord qırıb. Çağatay Ulusoy, Aras Bulut İynemli, Bensu Soral, Damla Colbay, Çetin Tekindor və Mustafa Uğurlunu bir araya gətirən layihə "#buakşamiçerdeyiz", "#içerde", "#çağatayulusoy", "#arasbulutiynemli" heşteqləri ilə Tvitterin Türkiyə və dünya üzrə siyahısında ilk pillədə yer alıb və 8 saata yaxın ən çox müzakirə edilən mövzu olub.

Serialın 2-ci seriyasının tanıtım videosu da qısa müddətdə ən çox baxılanlardan olub.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla