Valyuta məzənnəsi

Röya bir müsahibədə iki dəfə Aygünə sataşdı - VİDEO

11:07, 10.04.18
azerbaycan, video
Röya bir müsahibədə iki dəfə Aygünə sataşdı - VİDEO

Əməkdar artist Röya Ayxanın “Xəzər maqazin”ə açıqlaması diqqət çəkib.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni açıqlamasında xalq artisti Aygün Kazımovaya söz atıb.

Kazımova son günlər müsahibələrində “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözləri ilə gündəmə gəlib.

Röya isə onun bu sözlərinə ad çəkmədən belə sataşıb:

“Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm”.

Mayın 5-də konsert verməyə hazırlaşan Röya daha sonra bunları əlavə edib:

“Konsertdə nə göydən sallanacam, nə də şpaqat açacam”.

Qeyd edək ki, A.Kazımova sentyabrda verdiyi konsertdə göydən sallanaraq mahnı oxumuşdu.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla