Valyuta məzənnəsi

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin birgə mətbuat konfransı keçiriblər

09:49, 04.04.18
azerbaycan, dunya
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin birgə mətbuat konfransı keçiriblər

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları Prezident sarayında keçirilən ikitərəfli görüş və Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII iclasında müzakirə olunan məsələlər barədə məlumat veriblər.

İki ölkə arasında əlaqələrin inkişaf səviyyəsini yüksək qiymətləndirən prezidentlər həyata keçirilən birgə iqtisadi layihələrin və siyasi əməkdaşlığın əhəmiyyətindən danışıblar. Onlar Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıblar.

Sonra dövlət başçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla