Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib

11:22, 03.04.18
azerbaycan, cemiyyet
Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sechki-2018.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Şahin Əsədli qeyd edib ki, eyni zamanda, indiyədək 56 min 864 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1962-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 min 902-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

O, həmçinin əlavə edib ki, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla