Valyuta məzənnəsi
Xəbər lentİ

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

09:58, 03.04.18
azerbaycan, cemiyyet
Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər Səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən paylanılır.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriş çap olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla