Valyuta məzənnəsi
Xəbər lentİ

Bu kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından olan siyasi sabitliyi pozmaqdır - Nuşirəvan Məhərrəmli

15:57, 30.03.18
azerbaycan, cemiyyet
Bu kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından olan siyasi sabitliyi pozmaqdır - Nuşirəvan Məhərrəmli

Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli vurğulayıb ki, bu çirkin kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından biri olan siyasi sabitliyi pozmaqdır. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər:

"Azərbaycan dünyada sabitlik adasına çevrilib və bu siyasi sabitliyin qorunub saxlanmasında hər kəs mütəşəkkil mövqe ortaya qoymalıdır, həmin çirkin qüvvələrə qarşı mübarizə aparmalıdır. Biz bütövlükdə mütəşəkkil mövqe ilə, ictimai mövqe ilə həmin güclərin öhdəsindən gələrik".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla