Valyuta məzənnəsi
Xəbər lentİ

Qırğızıstan prezidenti Almazbek Atambayevin səhhəti pisləşdi

10:59, 20.09.16
azerbaycan, dunya
Qırğızıstan prezidenti Almazbek Atambayevin səhhəti pisləşdi

Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranmış problemə görə BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edə bilməyəcək.

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ilkin tibbi müayinə zamanı 60 yaşlı A. Atambayevin ürəyində problem aşkarlanıb. Bununla əlaqədar, dövlət başçısı bir müddət həkimlərin nəzarəti altında olacaq. BMT baş Assambleyasında isə Qırğızıstan nümayəndə heyətinə xarici işlər naziri Erlan Abdıldayev rəhbərlik edəcək.

Qeyd edək ki, Almazbek Atambayev 2011-ci ildən Qırğızıstanın prezidentidir. Bundan əvvəl isə o, bir neçə il baş nazir postunu tutub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla