Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Hesablama Palatasının nümayəndələri Qırğızıstanda səfərdədir

09:45, 28.03.18
azerbaycan, iqtisadiyyat
Azərbaycan Hesablama Palatasının nümayəndələri Qırğızıstanda səfərdədir

Azərbaycan Hesablama Palatasının şöbə müdiri Vafa Mütəllimovanın başçılığı ilə nümayəndə heyəti Qırğızıstanda səfərdədir.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstan Hesablama Palatasının (HP) auditoru Zairbek Jooşbekov nümayəndə heyətimizlə görüşündə bildirib ki, onun təmsil etdiyi qurum azərbaycanlı həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etməyə hazırdır. Azərbaycan nümayəndə heyətinə Qırğızıstan HP-nın strukturu və fəaliyyəti haqqında məlumat verən Z. Jooşbekov diqqətə çatdırıb ki, bu qurum dövlət auditinin müstəqil ali orqanı hesab olunur, yalnız prezident və parlamentə hesabat verir.

O, qeyd edib ki, indiki görüş Qırğızıstan və Azərbaycan ali audit orqanlarının əməkdaşlığının inkişafında yeni addım olacaq.

Vəfa Mütəllimova Azərbaycan və Qırğızıstan hesablama palataları arasında əməkdaşlığı üçün böyük imkanların olduğunu nəzər çatdırıb, bu imkanlardan istifadə edilməsinin, təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb. “Dünya dəyişir, bizim iş metodumuz da dəyişməlidir. Biz inkişaf etmək istəyiriksə, bir-birimizə kömək göstərməliyik”,-deyə Vəfa Mütəllimova bildirib.

Görüşdə əməkdaşlıq imkanları ilə bağlı bir sıra digər məsələlər də müzakirə edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla