Valyuta məzənnəsi
Xəbər lentİ

Nuşirəvan Məhərrəmlinin radiolarla bağlı keçirilən monitorinqlərə MÜNASİBƏTİ

09:44, 27.03.18
azerbaycan, cemiyyet
Nuşirəvan Məhərrəmlinin radiolarla bağlı keçirilən monitorinqlərə MÜNASİBƏTİ

Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.

N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Radiolarla bağlı monitorinqlər başa çatdı: Verilişə zəng edən dinləyicilərin ələ salınması halları aşkarlanıb
MTRŞ sədri bildirib ki, tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada teleradio verilişlərinin keyfiyyəti aşağı düşüb: "Bütün dünyada daha çox şou xarakterli verilişlər üstünlük təşkil edir və bu hal Azərbaycanda da özünü göstərir. Teleradio məkanında görüləsi işlər çoxdur, yəni keyfiyyətli verilişlərə ictimaiyyətin böyük ehtiyacı var. Çox təəssüf ki, hələki bu problemlər mövcuddur və hesab edirəm ki, birlikdə biz bu işlərin öhdəsindən gələcəyik".
Qeyd edək ki, MTRŞ tərəfindən radiolarla bağlı monitorinq keçirilib. Monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib. Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə yer verilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla