Valyuta məzənnəsi
Xəbər lentİ

Yusuf Məmmədəliyev Gənclər Fondunun Müşahidə Şurasının sədri oldu - TAM SİYAHI

12:31, 14.03.18
azerbaycan, siyaset
Yusuf Məmmədəliyev Gənclər Fondunun Müşahidə Şurasının sədri oldu - TAM SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və
idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seyidov Mirhəsən Mirheydər oğlu -"İrəli” İctimai Birliyinin sədri
Hümbətov İlham Gürşad oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla