Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Kazanda festivala qatılacaq

12:12, 14.03.18
azerbaycan, medeniyyet
Azərbaycan Kazanda festivala qatılacaq

Kazanda martın 21-25-də Beynəlxalq Türk Kinosu Festivalı keçiriləcək.

Xeberpress.az "Report"a istinadən xəbər verir ki, Tatarıstan paytaxtında keçiriləcək festivalda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri iştirak edəcək.

Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.

Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.

Bundan əlavə, iştirakçılar həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla