Valyuta məzənnəsi
Xəbər lentİ

YAP Şahbuz rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

11:22, 14.03.18
azerbaycan, bolge
YAP Şahbuz rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Şahbuz rayon təşkilatı 1993-cü il martın 13-də yaradılıb. Həmin gün təşkilatın I təsis konfransı keçirilib. Konfransda partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin iştirak etməsi tarixi hadisə kimi bu gün də yaddaşlarda yaşayır.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri YAP Şahbuz rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə təşkilatın sədri Rizvan Məmmədov deyib.

Rizvan Məmmədov rayon təşkilatı tərəfindən ötən illər ərzində keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev isə çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan abadlıq-quruculuq tədbirləri bu gün muxtar respublikada da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərdiyi diqqət və qayğı nəticəsində ötən illərdə Şahbuz rayonunda icra nümayəndəlikləri, təhsil, mədəniyyət, səhiyyə, Yeni Azərbaycan Partiyası ərazi təşkilatı, bələdiyyə, baytarlıq, rabitə və poçt bölmələri üçün yeni binalar tikilib, müasir iş şəraiti yaradılıb, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Qeyd olunub ki, bu gün yaranmasının 25 illiyini qeyd edən YAP Şahbuz rayon təşkilatı bundan sonra da partiyanın sıralarının genişləndirilməsinə diqqəti artıracaq.

“Ötən illər ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, geniş və çoxşaxəli islahatların həyata keçirilməsində, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl olaraq davam etdirilməsində Yeni Azərbaycan Partiyasının özünəməxsus yeri və rolu var. Yarandığı gündən partiya dövlətçilik mövqeyində dayanıb və bu gün partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə fəaliyyətini qətiyyətlə davam etdirir”, - deyən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə ötən dövrdə qədim diyarda genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib. Bu quruculuq və modernləşmədən pay alan Şahbuz rayonu da qısa zamanda bütün sahələrdə inkişaf və tərəqqiyə qovuşub. Fərəhli haldır ki, Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sıraları ildən-ilə genişlənir və partiya üzvləri quruculuq tədbirlərində fəal iştirak edir, ulu öndər Heydər Əliyev ideologiyasının həyata keçirilməsinə öz töhfələrini verirlər.

Tədbirdə YAP Şahbuz rayon təşkilatı Gənclər Birliyinin sədri Vüqar Muradovun, birliyin üzvü Aytac Eylazovanın və Şahbuz şəhər 1 saylı ərazi ilk partiya təşkilatının sədri, şura üzvü Sədaqət İsmayılovanın da çıxışları dinlənilib.

Sonda rayon təşkilatının yaradıcılarından olan veteran partiya üzvlərinə xatirə hədiyyələri verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla