Valyuta məzənnəsi
Xəbər lentİ
 13:29  Sabahın HAVASI

İran Azərbaycanda özəl xəstəxanalardan birini idarə edəcək

16:00, 13.03.18
azerbaycan, iqtisadiyyat
İran Azərbaycanda özəl xəstəxanalardan birini idarə edəcək

İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir:

“Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq”.

Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir:

“Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla