Valyuta məzənnəsi
Xəbər lentİ
 13:29  Sabahın HAVASI

"TRACECA ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlığa hazırdır"- Baş katib

15:45, 13.03.18
azerbaycan, iqtisadiyyat
"TRACECA ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlığa hazırdır"- Baş katib

"TRACECA ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupuna qarşılıqlı səmərəli əməkdaşlıq təklif edir".

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən TRACECA-nın hökumətlərarası komissiyanın baş katibi Mirça Çiopraqa deyib.

O qeyd edib ki, İpək Yoluna Dəstək Qrupu nəqliyyat dəhlizləri üçün imkanların inkişafına, ticarətin və tranzit prosedurların sadələşdirilməsinə töhfə verəcək, eləcə də insanların, malların və investisiyaların azad və təhlükəsiz hərəkətini təmin edəcək.

"Bütün tərəflər üçün tərəfdaşlığın əsası birgə fəaliyyətdən qarşılıqlı səmərə əldə etməkdir və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak etmək bu baxımdan çox vacibdir. Bu sahədə TRACECA İpək Yoluna Dəstək Qrupuna sıx əməkdaşlıq təklif edir".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla