Valyuta məzənnəsi
Xəbər lentİ
 13:29  Sabahın HAVASI

Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb - Nazir

14:09, 13.03.18
azerbaycan, iqtisadiyyat
Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb - Nazir

Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib ki, Azərbaycan “Deutsche Bank” və bu marşrutlara maraq göstərən ölkələrdən potensial investorlarla danışıqlar aparır.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ATƏT regionunun iqtisadi inkişafına böyük töhfə verir:

“Son dövrlərdə Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb. Bu sahədə Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, nəqliyyat dəhlizlərinə investisiyalar çox vacibdir”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan xarici sahibkarlar üçün əlverişli şərait yaratmaqla, eləcə də prioritet qeyri-enerji sahələrini inkişaf etdirməklə öz investisiya potensialını genişləndirir:

“Bu addımlar Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının tərkib hissəsidir. Ötən il biz həm Asiya, həm də Avropa üçün mühüm və etibarlı dəmir yolu əlaqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdik”.

O qeyd edib ki, Azərbaycanın iştirakı ilə mühüm marşrut yollarından biri də Lyapis-Lazurdur: “Bu marşrut da Azərbaycanın iştirakı ilə Şərqlə Qərb arasında daha mühüm əlaqəyə xidmət edəcək”.

Nazir bildirib ki, İpək Yolu marşrutu təkcə Azərbaycan üçün deyil, həm də marşrutun bütün iştirakçı ölkələri üçün iqtisadi inkişafa mühüm təkan verəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla