Valyuta məzənnəsi

"Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü

16:51, 19.09.16
azerbaycan, cemiyyet
"Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü

"VətəndaşCəmiyyəti"təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü
Quba rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti"təşviqat qrupunun səlahiyyətli nümayəndələri rayon seçiciləri ilə növbəti görüş keçiriblər.
Qubavəətrafrayonlarınsakinlərininqatıldığıgörüşdəbuayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Referendum üzrə "Vətəndaş Cəmiyyəti "təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səttar Mehbalıyev Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara genişməlumatv erib. O, bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək,həmçinin dövlətintəhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır. Bundan başqa iqtisadi inkişaf tempinin dinamikliyininsaxlanılması, çevikidarə etmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca vacibdir. Hərbir vətəndaş səsvermədə aktiv iştirakı dövlətimizin daha da güclü olması üçün vacibdir”.
Azərbaycan Respublikası Prezidentiyanında QHT-lərə Dövlət Dəstəyi Şurasınınüzvü Referendum üzrə "VətəndaşCəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov isə Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib. Rufiz Qonaqov bildiribki, dünyanın qabaqcıl ölkələrin də zamanın tələbinəuyğun olaraq konstitusiya islahatları aparılır: “Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafındayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada vəregiondacərəyanedənproseslər, ölkəmizin beynəlxalqaləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana oland iqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir.
Beynəlxalq hüququn subyekti olan Azərbaycan həmsiyasi, iqtisadi, həmidman, mədəniyyət, həmdə digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişafmüşahidə olunmaqdadır. Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir.
İnanıramki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq”.
Rufiz Qonaqov əminliklə qeyd edibki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktivi ştirak edəcək: “Referendum da iştirak etmək, ölkənin sabahına, inkişafına töhfə vermək hərkəsin vətəndaşlıq borcudur”.
Milli QHT Forumununsədri, Referendum üzrə "VətəndaşCəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rauf Zeyniçıxışındabildirdiki, keçiriləcək Referendum labağlı vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür: “Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq konstitusiya islahatlarının əhəmiyyətini, bunun müsbət tərəflərini, dövlətçiliyimizin güclənməsi üçün vacibliyini ictimaiyyətə izah etməli, təbliğatımızı daha gücləndirməli və genişləndirməliyik. Ümumiyyətlə, vətəndaşcəmiyyəti bureferendumda aktiv iştirak etməli, cəmiyyəti buprosesə cəlb etməlidir. İnanıramki, bizimg ördüyümüz işlər hədər getməyəcək, xalq 26 sentyabrda keçiriləcək seçkilərdə iştirak edərək dövlətçilik mövqeyini ortaya qoyacaqdır”.

"Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü
"Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla