Valyuta məzənnəsi
Xəbər lentİ

"Zeytun budağı" əməliyyatında 3393-ə yaxın terrorçu məhv edilib

11:55, 13.03.18
azerbaycan, dunya
"Zeytun budağı" əməliyyatında 3393-ə yaxın terrorçu məhv edilib

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3393-ə çatıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 46 terrorçu məhv edilib.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla