Valyuta məzənnəsi
Xəbər lentİ

"Həlli uzanan münaqişələrlə bağlı boşluqlar var"- ATƏT PA sədri

11:22, 13.03.18
azerbaycan, siyaset
"Həlli uzanan münaqişələrlə bağlı boşluqlar var"- ATƏT PA sədri

"ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır".

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib.

"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə o qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla