Valyuta məzənnəsi
Xəbər lentİ

Bitkoinin qiyməti ucuzlaşdı

11:11, 13.03.18
azerbaycan, iqtisadiyyat
Bitkoinin qiyməti ucuzlaşdı

Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün səhər saatlarından başlayarq kriptovalyutaların hamısının qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ucuzlaşma həm də dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiymətinə təsir edib. Belə ki, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,47% ucuzlaşaraq 9,42 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 1,71% və ya 710,99 dollaradək, "Ripple" 1,78% (0,8 dollara qədər), "Bitcoin Cash" isə 1,98% (1092,55 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 380,87 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla