Valyuta məzənnəsi
Xəbər lentİ

"Bakıda bir neçə ay ərzində bir sıra məktəblər açılıb, Ermənistanda isə..."

16:34, 19.09.16
azerbaycan, bolge
"Bakıda bir neçə ay ərzində bir sıra məktəblər açılıb, Ermənistanda isə..."

"Dünən Azərbaycan mətbuatına nəzər saldığım zaman bir məqalə oxudum və bu, mənə pis təsir etdi. Məqalə ordu, hərbi mövzu ilə bağlı deyil. Azərbaycanın prezidenti İlham Əliyev Bakıda məktəbin açılışında iştirak edib. Bakıda bir neçə ay ərzində bir sıra məktəblər açılıb. Ermənistanda isə sentyabrın 1-də birinci sinfə gedənlərin sayı xeyli azalıb".

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "yerevannews.am" saytında yer alan yazıda deyilir.

Yazı müəllifi Aşot Asatryan Ermənistanda sonuncu dəfə nə vaxt məktəb açıldığını xatırlamadığını qeyd edib: "Amma bizdə nə qədər istəsən otel, əyləncə məkanları var. Ancaq məktəb... Bu yaşıma çatmışam, lakin ölkə prezidentinin hansısa məktəbin açılışında iştirak etdiyi yadıma gəlmir. "Bakıda növbəti məktəb açılıb..." cümləsi olduqca pis təsir etdi. Ona görə yox ki, düşmən ölkəsində məktəb açılıb. Ona görə ki, məktəblərin bağlanması ilə qarşı-qarşıya olduğumuz ərəfədə otellər açırıq".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla