Valyuta məzənnəsi
Xəbər lentİ

Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR

14:52, 09.03.18
azerbaycan, medeniyyet
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR

4 mart 2018-ci il tarixində Abu Dabidə yerləşən ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş “Beynəlxalq Mədəniyyət Günü” tədbirində Azərbaycan stendlə təmsil olunmuşdur.
Xeberpress.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova və BƏƏ-dəki Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş Azərbaycan stendində yerləşdirilmiş mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan milli incəsənətinin incisi olan kəlağayılar tədbir iştirakçılarına paylanılmışdır. Azərbaycan stendində həmçinin Azərsun şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim olunmuşdur.

Stenddə həmçinin Azərbaycan torpaqrlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində Azərbaycanın zəngin təbiət və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə yerləşdirilmişdir.

Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaratmışdır.

 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR
 Abu Dabidə Azərbaycan stendlə təmsil olundu - FOTOLAR

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla