Valyuta məzənnəsi
Xəbər lentİ

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR

13:57, 07.03.18
azerbaycan, kose
Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR

Zaman-zaman kişiləri ən çox düşündürən və maraqlandıran "Qadın nə istəyir?", "Bir qadına nə lazımdır?" və s. bu mövzuda suallarıdır. Bəzən əks cinsin nümayəndələri qadınları anlamadıqlarını, onların həyatdan və ya bir kişidən nə istəyə biləcəklərini bəhanə və ya səbəb göstərirlər. Bir çoxları da qadınların var-dövlətə, şan-şöhrətə meyilli olduqlarını düşünürlər. Bəs görəsən həqiqətən bir qadın üçün həyatda ən vacib və önəm verdiyi nədir?..
Xeberpress.az 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tanınmış iş qadınları, özəl və gözəl xanımlarımız arasında "Qadın nə istəyir?" mövzusunda sorğu keçirmişdir. Həmin sorğunun nəticələrini sizə təqdim edirik;

1. Indira Shamsivari - Sumqayıt şəhəri üzrə maliyyə idarəsinin baş məsləhətçisi
Qadın ailə səadəti arzu edir. Dünyaya gələn hər bir qadın, özünü dərk edən gündən bəri böyük bir ailə səadətinə ehtiyac duyur və arzu edir. Bu səadət övladdan, qadının arxasında duran həyat yoldaşından ibarətdir. Heç bir karyera səadəti ailə səadətini əvəz edə bilməz. Karyerasında yüksəliş əldə edən hər hansı bir qadın ailəsi yoxdursa, bilin ki, o xoşbəxt deyil. O. üzdə vizual xoşbəxt ola bilər, elə gönünər ki, həyatda hər kəsdən xoşbəxtdir, lakin mənən o, çox bədbəxtdir. Mən bütün qadınlarımıza ailə səadəti arzu edirəm!

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



2. Nərgiz Xələf - Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü
Əziz xanımlarımız, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Gününüz və Novruz bayramınız mübarək olsun!
Qadin özünün və ona dogma, əziz olan insanların canının sağlamlığını, uğurunu hər zaman tükənməz olaraq istəyir!
Azərbaycan qadını isə deyilənlərin üzərinə Qarabağın işğaldan azad olmasını ve ölkəsinin zəka istehsal edən məmləkətə çevrilməsini istər.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



3. Şərafət Şəfa - Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi
Əziz qadınlar, Bayramlarınız Mübarək!
Qadın-anadır, bacıdır, qız övladıdır! Qadın nə istəyir? Bir dürüst həyat, səadət, xöş günlər,abad bir ölkə! Anadırsa övlad xoşbəxtliyi, övladdırsa Vətən abadlığı, qansız-qadasız dünya, sülh, dostluq, əmin-amanlıq! Bir qadın üçün ən böyük xoşbəxtlik yuvasından başlar! Ata qayğısı, qardaş nəvazişi, ər etimadı! Bunların cəmində xoşbəxdir qadın! Qadın-anadır! Anasa Vətən! Onu qorumaq, nazını çəkmək ərən boynuna düşən yükdü! Qadının da Vətən övladı kimi öz missiyası, borcu olmalı! Yaxşı Vətən övladı böyütmək, yeri gəlsə bu övladla birgə Sara Xatunumuztək ölkəni müdafiəyə qalxmaq üçün mübariz olmalıdır! Qadın bəzən bir çiçəklə xoşbəxt ola bilən, bəzən də saraylarda, əqiqlər içində bədbəxt ola bilən bir varlıqdır! dünyada ən möhtəşəm qadınlar siyahısında birinci yerdədir Azərbaycan qadını!

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



4. Qəmər ANA - Şairə
Sizin də bayramınız mübarək olsun əzizim... Qadın həyatda sevib, sevilmək xoşbəxt olmaq istəyir. Onu sevən saf, təmiz mərd, qeyrətli bir həyat yoldaşı istəyir.
Gözəl bir ailə sadəti oğul, uşaq, onları sevərək böyüdən mərd, qeyrətli bir ata istəyir. Əziyyət və zəhmətlə böyüTdüyü, təmiz məhəbbətlə sevdiyi uşaqlarından və həyat yoldaşından sevgi, məhəbbət və hörmət gözləyir.
Qadın bir anadır, ana əzizdir,
Onun məhəbbəti safdır, təmizdir,
Bizə həyat verən, ilk sevdiymizdir,
Heç kimə dəyişmək olmaz ananı.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



5. Aysel Vəliyeva - Gənclərin Mənəvi İnkişafı İctimai Birliyində Sədr müavini
Mənim düşüncələrim; qadınlar ilk öncə özünə dəyər verilməsini istəyir. Qarşısındakı insan nə qədər yaraşıqlı olsa belə, əgər qadına qarşı həssas, incə düşüncəli, yanaşmırsa, eqoistdirsə, agıllı qadın ona maraq göstərməyəcəkdir.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



6. Günel Gözəlova - Azərpoctun Mətbuat Katibi
Qadın rahatlıq,nəvaziş və sevgi istəyir!

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



7. Təranə Balayeva - " Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix- Memarlıq qoruq muzeyinde direktor muavini
Qadin nə istəyər: Qadin həmişə həyatda xoşbəxt olmagı istər, qadın sulh, azadlıq istər. Kişilərin onlari başa düşmələrini, onlara incə bir məxluq kimi baxmalarını, bir ana kimi , ən esası - qadına qadın kimi qiymət vermələrini ve s.... istər.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



8. Nazile Gultac - Həkim, şairə
Qadın özünə diqqət, qayğı, dəyər istəyir. Qadın güclü xarakterə malik, onu aldatmayan, kobudluq etməyən, sədaqətli kişi istəyir. Qadın, xoşbəxt ailə və gözəl ağıllı övladlar istəyir. Bayramınız mübarək, əziz və dəyərli qadınlar!

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



9. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahı naminə İB-nin Sədri
Qadın həmişə yaxşı ailəsi olmağını istəyir. Ailə məhəbbət və qarşılıqlı hörmət üzərində qurulanda yaxşı olur. Övladlarının layiqli olmasını istəyir. Xoşbəxt olmağı bütün qadınlar istəyir. Qadınlarımız sağlam olsunlar.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR




10. Mətanət Məhərrəmova - Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Sədri
Qadın ailəsinə, övladlarına əmin-amanlıq istəyir. Yaxınlarından özünə diqqət istəyir. Qadın ücün ən böyük hədiyyə ona olan səmimilik və diqqətdir. Bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR




11. Vəfa Rəşidova - Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru
Bu çox geniş və əhatəli mövzudur. Necə ki, xarakterlər fərqlidir, insanların baxış bucaqları fərqlidirsə, qadınların da istəyi bir o qədər fərqlidir. Mən birbaşa desəm ki, "Qadın xoşbəxtlik istəyir, hüzur istəyir, gözəl olmaq istəyir"- bu da şablon cavab olacaq. Ümumiyyətlə isə qadınların istəkləri fərqlənir. Elə qadın var ki, həyatında sevginin olmağı onun üçün o qədər də önəmli deyil. İnanın ki, belə qadınlar da var. Elə qadınların həyatda sadəcə karyera qurmaq və yüksəlməkdir istəkləri. Elə qadınlar da var ki, həyatda karyera haqqında ümumiyyətlə düşünmürlər, sadəcə ailə qurmaq onlar üçün vacib hesab olunur. Dediyim kimi, bunlar o qədər fərqlidir ki,.. Təbii ki, btün qadınlar həyatda hüzur, xoşbəxtlik və gözəl ailə istəyir. Bu, bütün qadınların arzusudur. Mən düşünürəm ki, qadının xislətində ucalıq olduğu üçün, o, daima uca tutulmaq, öz dəyərlərini qorumaq istəyir. Qadınların xislətində qorunmaq, müdafiə mexanizmləri güclü olduğu üçün hər zaman qorunmaq və qorumaq istəyir. Daim bunun üçün mübarizə aparır. Hər bir xanımın öz çərçivələri, kreativləri, tabloları var. Bunun fonunda təbii ki, ailə də var. Möhkəm təməli olan gözəl bir ailə. O ki, qaldı başqa məsələlərə - ev, maşın, gözəllik, formada qalmaq və s. qadın istərsə təbii ki, əldə edə bilir. Vacib olan bu deyil əslində, önəmli olan maddiyyat deyil. əsas olan mənəviyyatdır. Düşünürəm ki, bu ən vacib məqamdır xanımlar üçün.

Xeberpress.az-ın "Qadın nə istəyir?" sorğusuna Azərbaycan xanımlarının CAVABI - FOTOLAR



Bu sorğu nəticəsində belə məlum olur ki, qadınlar həyatda heç də əsasən qızıl-brilyanta, mal-mülkə deyil, ailəyə üstünlük verirlər. Evlərinin dirəyi olan Azərbaycan kişisindən sadiqlik, saf məhəbbət, sarsılmaz və möhkəm təməli olan bir ailə umurlar. Hər zaman sevilməyi, xoşbəxtliyi, sadiqliyi üstün tutan xanımlarımızı, dəyərli kişilər, siz də umduqları kimi xoşbəxt edin! Necə ki, onlar buna layiqdirlər.

Xeberpress.az Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir!

XEBERPRESS.AZ

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla