Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiya prezidenti Vladimir Putin reklama çəkilib - VİDEO

10:05, 07.03.18
azerbaycan, video
Rusiya prezidenti Vladimir Putin reklama çəkilib - VİDEO

Futbol üzrə dünya çempionatına 100 gün qalmış Rusiya prezidenti Vladimir Putin reklama çəkilib.

Xeberpress.az-ın məlumatına görə, Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, videorolikdə ölkə başçısı Kremldə həmkarı ilə top oynayır və sonda topu başı ilə vurur.

Reklamda eyni zamanda çempionatda iştirak edəcək 32 ölkə iştirakçıları da yer alır.

Onlar arasında Dieqo Maradona, Ronaldo, Karles Puyol, Dieqo Forlan, Xorte Kampos, Dmitri Aleniçev, Karlos Valderama, David Trezeqe, eləcə də, FİFA prezidenti Canni İnfantino da var.

Qeyd edək ki, bu il futbol üzrə dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək. Çempionat iyunun 14-dən iyulun 15-dək davam edəcək.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla