Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Prezidenti Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

08:30, 07.03.18
azerbaycan, medeniyyet
Azərbaycan Prezidenti Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.

Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Sərəncamda qeyd olunur ki, milli mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla