Valyuta məzənnəsi
Xəbər lentİ

"Azərpoçt" Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib

15:37, 06.03.18
azerbaycan, iqtisadiyyat
"Azərpoçt" Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib

Fikri məktubla ifadə etmək ənənəsinın tarixi minilliklərə əsaslanır. Müasir texnologiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə məktub yazmaq ənənəsi demək olar ki, unudulub. Bu isə getdikcə yazı vərdişindən uzaqlaşmağımıza səbəb olur.

Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC“ “Park Bulvar” ticarət mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib.

Xeberpress.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!” şüarı ilə keçirilən aksiyanın məqsədi insanlarda məktub yazmaq vərdişini təşviq etmək olub.

“Şəbəkə” xidmət mərkəzinin həmin ticarət mərkəzində quraşdırılmış mini ofisinə yaxınlaşanlar həyatındakı əziz qadınlara məktub yazmaq imkanı əldə ediblər.

Aksiya çərçivəsində yazılan bütün məktublar "Azərpoçt" MMC-nin poçtalyonları tərəfindən müvafiq ünvanlara çatdırılacaq.

Qeyd edək ki, eyni məkanda “Azərmarka” MMC-yə məxsus stenddə 8 Mart - Beynəlxalq Qadınlar Günü üçün nəzərdə tutulan açıqca və hədiyyələr də satışa çıxarılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla