Valyuta məzənnəsi
Xəbər lentİ

Novruz yarmarkaları tam fəaliyyətə başladı

14:44, 06.03.18
azerbaycan, cemiyyet
Novruz yarmarkaları tam fəaliyyətə başladı

Bakıda Novruz bayramı ilə əlaqədar metro stansiyalarının qarşısında fəaliyyət göstərən yarmarkalar tam fəaliyyətə başlayıb.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Ə.Bağırovun sözlərinə görə, artıq şəhərin 10 ərazisində yarmarka çadırları quraşdırılıb və fəaliyyətə başlayıb:

"Yarmarkalar metro stansiyalarının qarşısında olsa da, rayonlar üzrə fəaliyyət göstərir. Həmin rayonlar isə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami və Xətai rayonlarıdır. Metronun "Nərimanov" stansiyasının qarşısında 5 çadır quraşdırılıb. Amma bu 5 yarmarka demək deyil. Yarmarka kimi 1 obyektdir, sadəcə 5 ədəd kiçik çadırdan ibarətdir".

Ə.Bağırov qeyd edib ki, yarmarkalar martın 25-dək davam edəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla