Valyuta məzənnəsi
Xəbər lentİ

Narkoloji Mərkəzdən təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir - Nazirlik

12:05, 02.03.18
azerbaycan, hadise
Narkoloji Mərkəzdən təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir - Nazirlik

Martın 2-də səhər saatlarında güclü külək səbəbindən Respublika Narkoloji Mərkəzinin binasında qısaqapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xeberpress.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, xəstəxanada müalicə alan və tibbi heyətdən ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş verən korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Təxliyə olunan şəxslərə hazırda lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla