Valyuta məzənnəsi
Xəbər lentİ

Qurban Qurbanov dünya reytinq siyahısında 8 pillə irəliləyib

17:19, 01.03.18
azerbaycan, idman
 Qurban Qurbanov dünya reytinq siyahısında 8 pillə irəliləyib

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Xeberpress.az-ın Apasport.az saytının məlumatına görə, siyahıya Azərbaycandan 3 məşqçinin adı düşüb.

Azərbaycan klublarının çalışdırıcıları arasında ən yaxşı göstərici “Qarabağ”ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanova məxsusdu. 46 yaşlı mütəxəssis xallarının sayını 1169-a çatdıraraq 8 pillə irəliləyib və 491-ci yerdə qərarlaşıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da reytinq xalında irəliləyiş var. Ukraynalı mütəxəssis 941-ci yerdən 939-cu pilləyə yüksəlib (255 xal).

“Zirə”nin çalışdırıcısı Ayxan Abbasovda isə geriləmə müşahidə olunub. O, Qriqorçukdan fərqli, 2 pillə geriləyib – 991-ci yer (217 xal).

Mövsümün gedişində “Keşlə” ilə yollarını ayıran gürcüstanlı mütəxəssis Zaur Svanadze 851-ci pillədə özünə yer tapıb.

Ümumilikdə 1000 məşqçinin olduğu siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Qremio”nun çalışdırıcısı Renato Qauço izləyir. İlk “üçlüy”ü isə “Barselona”lı Ernesto Valverde qapayır.

İlk “10-luğ”un növbəti yerlərində müvafiq olaraq Dieqo Simeone (“Atletiko”), Marselo Qalyardo (“River Pleyt”), Joze Mourinyo (“Mançester Yunayted”), Massimiliano Alleqri (“Yuventus”), Ariel Holan (“İndependyente”), Pep Qvardiola (“Mançester Siti”) və Mauritsio Sarri (“Napoli”) qərarlaşıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla