Valyuta məzənnəsi
Xəbər lentİ

İdmançımız Peruda keçirilən yarışda qalib olub

10:28, 19.09.16
azerbaycan, idman
İdmançımız Peruda keçirilən yarışda qalib olub

Perunun paytaxtı Limada Latın Amerikası və digər qitələrin müxtəlif ölkələrinin idmançılarının mübarizə apardığı sərbəst döyüşün MMA versiyası üzrə “Gran Champion” adlı çempionat keçirilib. Çempionatda ölkəmizi Azərbaycanın Kolumbiyadakı səfirliyinin dəstəyi ilə qaydasız döyüş ustası Cavid Adıgözəlov təmsil edib.

Xeberpress.az xəbər verir ki, Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, C.Adıgözəlovun Latın Amerikasındakı ardıcıl qələbələrini nəzərə alaraq münsiflər heyəti onu birbaşa kəmər uğrunda döyüşə buraxıb. Gərgin keçən döyüşdə rəqibini boğucu fəndlə təslim olmağa məcbur edən Cavid Adıgözəlov çempionatın kəmərini belinə bağlayaraq yarışın qalibi olub.

Qeyd edək ki, C.Adıgözəlov Latın Amerikasında Azərbaycanı uğurla təmsil edərək indiyədək 7 dəfə qalibiyyət əldə edib. Sonuncu səkkizinci yarışda isə kəmərin sahibi olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla