Valyuta məzənnəsi
Xəbər lentİ

“Nildən su içmək məni parazitə yoluxdurur” söylədiyinə görə 10 min ödədi

16:00, 28.02.18
azerbaycan, maqazin
“Nildən su içmək məni parazitə yoluxdurur” söylədiyinə görə 10 min ödədi

Misirin tanınmış müğənnisi Şirinə Əbdülvahab Nil çayı ilə bağlı zarafatına görə 6 aylıq həbsə məhkum edilib.

Xeberpress.az-ın məlumatına görə, Axşam.az xarici mediaya istinadən xəbər verir ki, “O səs” müsabiqəsinin ərəb versiyasında münsif olan ifaçı konsertində fanatlarından birinin “Nildən su içdinizmi” mahnısını oxumasına münasibət bildirərkən bunları deyib:

“Nildən su içmək məni parazitə yoluxdurur”.

Bu sözlər ölkədə səs-küyə səbəb olmuş və ifaçı yalan xəbər yayaraq ölkənin əsas çayının təmizliyinə xələl gətirməsi iddiası ilə məhkəməyə verilmişdi. Şirinə bütün Misir xalqından üzr istəsə də, 10 min Misir paundu ödədikdən sonra azadlığa buraxılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla