Valyuta məzənnəsi
Xəbər lentİ

Bakı üçün rəsmi şəhər kartı buraxılır - VAXT LİMİTİ və QİYMƏTİ

11:33, 28.02.18
azerbaycan, cemiyyet
Bakı üçün rəsmi şəhər kartı buraxılır - VAXT LİMİTİ və QİYMƏTİ

Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.

Xeberpress.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanıb.

"Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. "Baku Card" – Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə deyib ki, 24 saatlıq "Baku Card" 35 manat, 72 saatlıq "Baku Card" 60 manat və 1 həftəlik "Baku Card" 90 manata olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla