Valyuta məzənnəsi
Xəbər lentİ

Ağlıma gəlməzdi ki, "Qızıl top" mükafatını 5 dəfə qazanacam - Ronaldo

09:09, 27.02.18
azerbaycan, idman
Ağlıma gəlməzdi ki, "Qızıl top" mükafatını 5 dəfə qazanacam - Ronaldo

"Karyeramdan çox razıyam. Ağlıma gəlməzdi ki, "Qızıl top" mükafatını 5 dəfə qazanacam". Xeberpress.az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Real"ın futbolçusu Kriştianu Ronalduya məxsusdu.

Portuqaliya yığmasının kapitanı AS nəşrinə müsahibə verib. Karyerasını vərəqləyən 33 yaşlı hücumçu maraqlı fikirlər səsləndirib.

Əldə etdiyi uğurlardan bəhs edən Ronaldu bununla kifayətlənmək istəmədiyini bildirib: "Karyeramı indi bitirməli olsaydım, futbol həyatımda baş verənlərdən razı qalardım. Təbii ki, daha 1-2 dəfə "Qızıl top"u qazanmaq istərdim. Bunu bacarsam, daha çox məmnun olaram. Amma qazana bilməsəm belə, üzülməyəcəm. Çünki "Qızıl top"u artıq 5 dəfə əldə etmişəm. Lakin bu il də həmin uğuru təkrarlayacağıma ümidliyəm. Hər şey bizim nə qədər titul qazanacağımızdan asılıdı".

Təcrübəli futbolçu karyerasında bütün istəklərinə çatdığını vurğulayıb: "Bu yola yeni başlayanda çox arzum var idi. Düzünü desəm, yerinə yetməyən arzum qalmayıb. Çünki xəyalını qurduğum hər şeyi əldə edib, bütün istəklərimə çatmışam".

Ronaldu yayda Rusiyada keçiriləcək DÇ-2018 haqda da danışıb. O, mundialın favoriti qismində 4 yığmanın adını çəkib. Maraqlıdı ki, Kriştianu şərəfini qoruduğu Portuqaliya millisini həmin sırada görmür: "Biz dünya çempionatının favoritlərindən deyilik. Turnirdə daha adlı-sanlı rəqiblər də iştirak edəcək. Bunlar Braziliya, İspaniya, Almaniya və Argentinadı. Amma futbolda hər şey mümkündü. Qarşımıza qoyulan ilk tapşırıq qrupdan çıxmaqdı. Bunu bacardıqdan sonra davamına baxacağıq. Əsas məqsədimiz pley-off mərhələsinə yüksəlməkdi".

Qeyd edək ki, Portuqaliya DÇ-2018-də İspaniya, İran və Mərakeş yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla