Valyuta məzənnəsi

Gürcüstan Prezidenti Marneuli rayonunda azərbaycanlılarla görüşüb

15:37, 26.02.18
azerbaycan, bolge
Gürcüstan Prezidenti Marneuli rayonunda azərbaycanlılarla görüşüb

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da Marneuli rayonunda azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüş Gürcüstanda elan olunmuş “Müstəqillikdən azadlığa - respublikanın 100 illiyi” kampaniyası çərçivəsində reallaşıb.

Görüşdə Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandırıb. Gürcüstanın münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirən Giorgi Marqvelaşvili deyib: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır”.

Sonra Prezident ölkəsinin müstəqillik uğrundakı mübarizə tarixindən, üzləşdiyi problemlərdən və əldə etdiyi uğurlardan danışıb. Dövlət başçısı Gürcüstandakı azərbaycanlıların cəmiyyətdə çox fəal olduqlarını bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla