Valyuta məzənnəsi
Xəbər lentİ

Alimlər qızılgülü süni cərəyan keçirən kanallara malik bitkiyə çeviriblər.

22:18, 26.11.15
azerbaycan, texnologiya
Alimlər qızılgülü süni cərəyan keçirən kanallara malik bitkiyə çeviriblər.

İsveçin Linçopinq Universitetinin alimləri adi bağ qızılgülünü süni cərəyan keçirən kanallara malik bitkiyə çevirməyə müvəffəq olublar. Mütəxəssislərin fikrincə, əldə olunan nailiyyət nəticəsində bitkilərə birbaşa qoşulan elektronikanın yaradılması istiqamətində daha bir addım atılıb.

AMEA-dan bildiriblər ki, gələcəkdə alimlər enerji alınması üçün fotosintezdən istifadə edəcək yanacaq hüceyrələrini yaratmaq niyyətindədirlər. İsveç alimləri toksinsiz cərəyan keçirən material aşkarlayıblar. Bu maddə bitkiyə asanlıqla hoparaq onun ksilema, yəni suötürücü toxumalarında bir növ naqillər formalaşdırır. Bu material elektronikada geniş istifadə olunan PEDOT (polietilendioksitiofen) adlı üzvi polimerdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla