Valyuta məzənnəsi

O sənətkar çox xoşbəxtdir ki, tamaşaçıya təsir edə bilir - Afaq Bəşirqızı

10:10, 20.02.18
azerbaycan, maqazin
O sənətkar çox xoşbəxtdir ki, tamaşaçıya təsir edə bilir - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı tamaşaçı ilə aktyor əlaqəsindən danışıb.

Xeberpress.az Milli.Az-a istinadən xəbər verir ki, sənətkar açıqlamasında tamaşanın insanlara təsirindən danışıb:

"Həmişə sən gərək bir sənətkar kimi o məsuliyyəti hiss edəsən ki, tamaşaçı qarşısına çıxırsan. Tamaşaçı gəlib sənə baxmağa, səni tanımağa, səndən nəsə götürməyə. Bəlkə də görmüsünüz ki, qatillər dəfələrlə müsahibələrində deyiblər ki, saat 9-da hadisə törətməli idim, getdim 9-a kimi tamaşaya baxdım, fikrimdən yayındım. Baş rolun ifaçısı ona deyib ki, sən bu səhvi edib, həyatını məhv etmə. O sənətkar çox xoşbəxtdir ki, tamaşaçıya təsir edə bilir. Biz insanlar üçün, tamaşaçılar üçün səhnədə yaşayırıq. Əgər onlara təsir edə biliriksə, deməli, biz xoşbəxtik".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla