Valyuta məzənnəsi

Yüksək çinli britaniyalı islamı qəbul etdi və həcc ziyarətinə getdi

10:02, 16.09.16
azerbaycan, dunya
Yüksək çinli britaniyalı islamı qəbul etdi və həcc ziyarətinə getdi

Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz islamı qəbul edərək müsəlman olub, sonra da həcc ziyarətinə yollanıb. O, islamı qəbul etmiş ilk yüksək çinli britaniyalı diplomatdır.

Xeberpress.az Daily Mail-ə istinadən bildirir ki, 60 yaşlı Kollizin dediyinə görə, müsəlmanlar arasında 30 il yaşayandan sonra islamı qəbul etməyə qərar verib.

Kral Səud Universitetinin əməkdaşı Faziyə əl Bəkr Twitter-dəki profilində britaniyalı səfirin və onun əslən suriyalı olan xanımı Huda əl Mucarkeşin həcc ziyarətində çəkilmiş fotolarını paylaşıb.

"Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri islamı qəbul edəndən sonra həccə yollanıb. Saymon Kolliz xanımı Huda ilə Məkkədə", - əl Bəkr yazıb.

"Əslində, Huda ilə ailə qurmazdan əvvəl müsəlman olmuşdum. Amma bunu açıqlamırdım", - S.Kolliz deyib.

S.Kolliz artıq 30 ildir ki, Britaniyanın Yaxın Şərq ölkələrindəki diplomatik missiyalarında çalışır. O, əvvəllər Britaniyanın Suriya, İraq və Qətərdə səfiri olub, habelə Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Tunisdə yüksək diplomatik postlar tutub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla