Valyuta məzənnəsi

Azərbaycan idmançısı Avropa çempionatında medal qazanıb

11:33, 07.02.18
azerbaycan, idman
Azərbaycan idmançısı Avropa çempionatında medal qazanıb

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib.

Xeberpress.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb.

Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.

Qeyd edək ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət yığmamız 17 idmançı ilə təmsil olunur. Həmçinin respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla